Yasamalın bir hissəsində telefonlar kəsilib
Altı gündür ki, Bakının Yasamal rayonunun bir hissəsində telefon və internet xidmətləri dayandırılıb.
Rayon sakinlərindən Lent.az-a verilən məlumata görə, buna səbəb kimi ərazidə telefon xidmətlərinin elektronlaşdırılması göstərilsə də, bu barədə abonentlərə xəbərdarlıq edilməyib. Bundan iki gün sonra isə telefon və internet xidmətlərinin aprelin 3-də bərpa ediləcəyi bildirilib. Ancaq aradan iki gün vaxt keçməsinə baxmayaraq, bu vədlər də özünü doğrultmayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Lent.az-a açıqlamasında Yasamal rayonunda böyük bir ərazinin telefon xidmətinin kəsildiyini təsdiqləyib. O qeyd edib ki, Bakı şəhərində 38-39 və 95-96 saylı ATS-lərin elektronlaşdırılması ilə əlaqədar abunəçilərə telefon xidmətində qısamüddətli fasilələr yaranıb: “Bu iki ATS-i də elektronlaşdırdıqdan sonra bu işlər Bakı şəhərində tam başa çatdırılır. Hazırda həmin ATS-lərdə də elektronlaşma başa çatmaq üzrədir və bundan sonra abunəçilər keyfiyyətli elektron ATS xidmətlərindən istifadə edəcəklər”.
Müşfiq Əmirov abunəçilərin telefon xidmətinin kəsilməsinin 6 gün davam etməsi barədə söylənilənləri yalan olduğunu deyib. Onun sözlərinə görə, bu işə bir neçə gün əvvəl başlanıb və yaxın vaxtlarda proses başa çatacaq: “Elektronlaşma işi Yasamal rayonunda böyük bir ərazini əhatə edir. Ona görə də bu işi qısa müddətdə keyfiyyətli şəkildə yerinə yetirmək çətindir. Amma telefonların 6 gün əvvəl kəsilməsi də doğru xəbər deyil”.
Bununla belə, Müşfiq Əmirov abunəçilərin narazılıqlarını başa düşdüklərini də deyib. Elə bu səbəbdən də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hər iki ATS-də elektronlaşma işlərini mümkün qədər tez başa çatdırmağa çalışır.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32