Fərdi identifikasiya nömrəmiz vahid təkrarolunmaz kod olacaq
Nazirlər Kabineti “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nı təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalarda qeyd olunur ki, fərdi identifikasiya nömrəsi fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid təkrarolunmaz koddur.
Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sistemlərində yerləşdirilməsi milli informasiya məkanının fərdi informasiya üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların əlaqələndirilməsinə, uzlaşdırılmasına, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasına xidmət edir. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar Əhalisinin Dövlət Reyestrinə daxil edilərkən, qanunvericiliklə müəyyən olunmuş qaydada avtomatlaşdırılmış rejimdə verilir.
Fərdi identifikasiya nömrəsi Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan dövlət informasiya sistemlərində uçotu aparılan ölkə vətəndaşları, habelə respublikanın ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində saxlanılan məlumatlara daxil edilməlidir. Fərdi identifikasiya nömrəsi şəxs barədə informasiya Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ilk dəfə daxil edilərkən verilir və “Fərdi identifikasiya nömrəsi” adlanan xüsusi elektron cədvələ əlavə olunaraq daimi saxlanılır.
Fərdi identifikasiya nömrəsinin qanunvericilikdə nəzərdə tutulmuş fərdi məlumatların informasiya sistemlərinə daxil edilməsini təmin etmək üçün həmin sistemlərdə əlaqələndirici elektron cədvəl yaradılır, eyni şəxsin fərdi identifikasiya nömrəsi və sistemdəki daxili nömrəsi bu cədvəllərin həmin şəxsə aid sətrinin müvafiq sütunlarında yerləşdirilir. Əlaqələndirici elektron cədvəlin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində və fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumatların informasiya sistemində hər bir şəxs barəsində saxlanılan fərdi məlumatlar avtomatlaşdırılmış rejimdə müvafiq göstəricilər üzrə qarşılıqlı uzlaşdırılaraq eyniləşdirilir. Fərdi məlumatların uzlaşdırılması üçün şəxsə aid aşağıdakı məlumatlardan istifadə olunur:
- adı;
- soyadı;
- atasının adı;
- doğulduğu gün;
- doğulduğu ay;
- doğulduğu il;
- doğulduğu yer (ölkə, rayon, şəhər, qəsəbə, kənd);
- biometrik məlumatları;
- şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi.
Fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumatların informasiya sisteminə yeni şəxs barədə məlumat daxil olduqda, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində saxlanılan “Fərdi identifikasiya nömrəsi” əlaqələndirici elektron cədvələ avtomatlaşdırılmış qaydada müraciət göndərilir. Bu müraciət əsasında Əhalisinin Dövlət Reyestri tərəfindən həmin şəxsə dair əlaqələndirici elektron cədvələ müvafiq məlumat yerləşdirilir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən identifikasiya nömrələri üzrə əlaqələndirici elektron cədvəllərdə informasiyanın aktuallığı təmin edilərək, mütəmadi olaraq sinxronlaşdırma həyata keçirilir.
Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və həmin informasiya sistemlərinin mülkiyyətçiləri tərəfindən təmin olunur. Fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu fərdi məlumatların informasiya sistemi daimi olaraq, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə real vaxt rejimində əlaqə ilə təmin olunmalıdır.
3
Fərdi məlumatların informasiya sistemlərində fərdi identifikasiya nömrəsi əsasən aşağıdakı məqsədlərlə istifadə olunur:
- bir sistem daxilində istifadə:
- şəxs barədə mövcud məlumatları birmənalı müəyyən etmək;
- eyni şəxs barədə məlumatların tərkib hissələrini vahid məcmuda birləşdirmək;
- eyni şəxs barədə təkrar məlumatların toplanılmasının qarşısını almaq;
- sistemlərarası istifadə:
- fərdi məlumatların informasiya sistemləri arasında qarşılıqlı inteqrasiyasını təmin etmək;
- ayrı-ayrı fərdi məlumatların informasiya sistemlərində eyni subyekt barədə mövcud olan məlumatları əlaqələndirmək;
- ayrı-ayrı fərdi məlumatların informasiya sistemlərində eyni subyekt barədə eyni növ məlumatların toplanılması zərurətini aradan qaldırmaq;
- fərdi məlumatların informasiya sistemlərinin məlumat bazalarının toplanılması, aktuallaşdırılması və məlumatların saxlanılması üçün tələb olunan xərcləri azaltmaq;
- fərdi məlumatların informasiya sistemlərinin məlumat bazalarının tamlığını təmin etmək məqsədi ilə vətəndaşlardan əlavə sənədlərin tələb edilməsinin qarşısını almaq.
Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sisteminin daxilində istifadəsinə görə həmin informasiya sisteminin mülkiyyətçisi məsuliyyət daşıyır. Müxtəlif orqanlar tərəfindən aparılan ayrı-ayrı fərdi məlumat-ların informasiya sistemləri arasında fərdi identifikasiya nömrəsinin istifadəsi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin tərkibində olan “Sistemlərarası əlaqələndirmə qovşağı” xüsusi proqram-texniki kompleksi vasitəsilə təmin olunur.
“Sistemlərarası əlaqələndirmə qovşağı”nın funksional tərkibi fərdi identifikasiya nömrəsi yerləşdirilən bir fərdi məlumatların informasiya sisteminə onun subyekti olan fiziki şəxs barədə sorğusu əsasında qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində həmin şəxs barədə digər fərdi məlumatların informasiya sistemlərində saxlanılan fərdi məlumatlarla tanış olmaq imkanını avtomatlaşdırılmış rejimdə təmin etməkdən ibarətdir.
“Sistemlərarası əlaqələndirmə qovşağı”na yeni fərdi məlumat-ların informasiya sisteminin qoşulması onun mülkiyyətçisinin qovşağa artıq qoşulmuş digər fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçiləri ilə fərdi protokolların imzalanması əsasında həyata keçirilir. “Sistemlərarası əlaqələndirmə qovşağı”nın iş reqlamenti mövcud qanunvericiliyə əsasən qovşağa qoşulan fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin arasında razılaşdırılmaqla, verilən və alınan məlumatlar barədə protokollarla tənzimlənir. Fərdi identifikasiya nömrəsinin sistemlərarası istifadəsinin təşkili Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçiləri tərəfindən təmin olunur

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32