Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprel ayının I ongünlüyündə Kür çayında uyun sərfi mart ayının III ongünlüyünə nisbətən 133 m3/san artaraq 476 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 116 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,91-7,89 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50