KİVDF Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yazı müsabiqəsi elan etdi
13 aprel 2011 12:16 (UTC +04:00)

KİVDF Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yazı müsabiqəsi elan etdi

Lent.az-ın məlumatına görə, müsabiqə “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi əsasında aparılacaq.

Bununla bağlı ETSN-də tədbir keçirilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müsabiqənin məqsədi haqda danışıb. Onun sözlərinə görə, hazırda ekoloji problemlərin 70 faizə qədəri həyat tərzi və dəyişməli olan ənənələrlə bağlıdır: “Ona görə də burada mətbuatın rolunu xüsusi olduğu qənaətinə gəldik. Biz çalışmalıyıq ki, insanlar “Ekologiyanın qorunması üçün mən nə edirəm?” deyə özlərinə sual versinlər. Çox arzu edirəm ki, bu müsabiqə təkamül rolunu oynasın. Bu istiqamətdə sizinlə çalışmağa, işi davam etdirməyə hazırıq”.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərov bildirib ki, ötən il də ETSN-lə birgə belə bir layihələri olub və 37 nəfər qalib adını qazanıb. Hazırkı layihə isə 15 mövzu olmaqla 5 istiqamət – Ekoloji təhlükəsizliyin təminatı, Yaşıl texnologiyanın tətbiqi, Mövcud ekoloji problemlər, Meşələrin artırılması və mühafizəsi, Biomüxtəliflik üzrə keçiriləcək. 1-ci yer 1000 manat, 2-ci yer 800 manat, 3-cü yer 500 manatdır. Əlavə 10 nəfər üçün 300 manat həvəsləndirici mükafat nəzərdə tutulub. Yazılar aprelin 15-dən mayın 27-dək KİVDF-yə təqdim olunmalıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ekoloji mühitin qorunması istiqamətində ETSN-lə birgə digər layihələri də həyata keçirməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar