“Tanıyaq, tanıtdıraq” silsiləsindən ilk tədbir keçirildi
Aprelin 12-də Badamdar mədəniyyət evində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Kitabxana Direktorları Şurasının birgə təşkilatçılığı ilə “Tanıyaq, tanıtdıraq” silsiləsindən ilk tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü Badamdar Mədəniyyət evinin direktoru Fəridə Babayeva açaraq, silsilə tədbirlərin keçirilməsinin önəmindən danışıb.
Daha sonra "Miras" Birliyinin uşaq və gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi də çıxış edərək, tədbirin məqsədlərindən söz açıb. O bildirib ki, “Tanıyaq, tanıtdıraq” adlı silsilə tədbirlərin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaq, onları müasir Azərbaycan yazarlarının yaradıcılığı ilə yaxından tanış etmək, kitaba və mütaliəyə maraqlarını artırmaqdır: “Elə bu səbəbdəndir ki, bu gün də biz öz tədbirimizi özünəməxsus yaradıcılığı ilə seçilən Qələndər Xaçınçayla həsr olunub. Bundan başqa, tədbirlər proqramında istedadlı gənc yazarlardan bir neçəsinin kitablarının çap edilməsi də nəzərdə tutulub”.
Millət vəkili, yazıçı-publisist Aqil Abbas qeyd edib ki, Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir.
Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi Kitabxana Direktorları Şurasının direktoru Nüşabə Ələkbərova, şairlər İslam Sadıq, Ənvər Əhməd, Yusif Nəğməkar, professor Qurban Bayramov da çıxış edərək Qələndər Xaçınçaylının yaradıcılığından söhbət açıblar.
Bundan başqa, uşaq yazıçısı Gülzar İbrahimovanın “Uşaqlarımıza kitabı sevdirək” adlı məruzəsi dinlənilib.
Tədbirdə şairin şeirlərindən nümunələr səsləndirilərək, kitablarından ibarət sərgi nümayiş olunub.
Bədii hissədə Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblının ifasında maraqlı konsert proqramı təqdim edilib.
Xəyalə

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50