Azərbaycan arxeologiyası ilə bağlı ilk elektron jurnal yaradılıb
Elektron jurnalın baş redaktor müavini Səbuhi Hüseynovun Lent.az-a verdiyi məlumata görə, jurnal ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı yaradılıb. Jurnalın əsas məqsədi Azərbaycan arxeologiyasını, onun arxeoturizm imkanlarını, maddi mədəniyyət abidələri və onların ətrafında aparılan arxeoloji ekspedisiyaların rus dilli ölkələrdə bu elmlə maraqlanan insanlar arasında təbliğ etmək, dünya arxeologiya elmində baş verən yeniliklərlə Azərbaycan alimlərini, arxeologiya elmi ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir.
Jurnalın baş redaktoru tarix elmləri namizədi Akif Quliyevdir. S.Hüseynovun sözlərinə görə, jurnalda arxeologiya ilə birgə numizmatika, etnoqrafiya, antropologiya və epiqrafika elmlərinə dair də fundamental məqalələr və araşdırmalar yer alacaq. Bundan başqa Azərbaycanda aparılan arxeoloji ekspedisiyalar, onların yeni tapıntıları və hesabatları da bu elektron jurnalda daim rus dilli oxuculara çatdırılacaq. Elektron jurnal ilə tanış olmaq istəyənlər, www.arxeoloq.az saytına daxil ola bilərlər.
Xəyalə

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50