Humbolt-Berlin Universitetinin profesoru Eva Mariya Aux SAM-ın qonağı olub
Mərkəzdən Lent.az-a verilən məlumata görə, qonağı SAM-da görməkdən məmnunluğunu ifadə edən Gülşən Paşayeva ona Mərkəzin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasında Azərbaycan tarixi və mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq, universitet tələbələrinin Azərbaycanı daha yaxından tanımaları istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin planlaşdırdığını bildirib. Eva Mariya Aux filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayevanı Universitetdə mühazirə deməyə dəvət edib.
Söhbət zamanı Azərbaycanla Almaniya Federativ Respublikası arasında münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin “beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zərurəti qeyd edilib.

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50