Miqrasiya Xidmətində cərimələr kart vasitəsilə ödəniləcək
Lent.az-ın məlumatına görə, bunu “Korrupsiyaya Qarşı Mübarizə Forumu”nda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov deyib. PA şöbə müdiri bildirib ki, bundan sonra cərimələr bank və plastik kartlar vasitəsilə ödəniləcək. Bu sistem yaxın vaxtlarda Miqrasiya Xidmətində də tətbiq olunacaq.
“Britaniya alimlərinin hesablamalarına görə, dünyada ödənilən rüşvətin məbləği 80 milyardı keçir. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub. Hazırda ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərdə fəal iştirak edir” – deyə F.Ələsgərov bildirib.
F.Ələsgərov korrupsiya törədə biləcək halların qarşısının alınması məqsədilə bir sıra islahatların keçirildiyini də deyib: “Cəmiyyətimizdə qanunun aliliyi, yüksək rifah, sosial ədalət prinsiplərinin bərqərar olması, ölkəmizdə daxili keyfiyyət dəyişikliklərinə, təkamülə nail olunması üçün islahatlar ardıcıl şəkildə davam etdiriləcək”.
Nizam Rza

Oxşar yazılar

Tərtərdə məktəb binası yandı
9 may 2025 , 23:00
İntihara cəhddən sonra cəhənnəmə düşdü: Bunu Hitlerə arzulamazdım
9 may 2025 , 20:15
"Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma BAŞLADI
9 may 2025 , 19:33
Tezliklə çox çətin seçim qarşısında qalacaq BÜRCLƏR
9 may 2025 , 18:30
Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
9 may 2025 , 12:19
Bakı-Moskva reysləri bərpa olundu
9 may 2025 , 11:13
İnsanın ən xoşbəxt olduğu yaşı açıqlandı - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
9 may 2025 , 10:50