“Canlı Dillər” proqramının Azərbaycanda təmsilçisinin yubileyi qeyd ediləcək
19 aprel 2011 12:08 (UTC +04:00)

“Canlı Dillər” proqramının Azərbaycanda təmsilçisinin yubileyi qeyd ediləcək

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) respublikada fransız dili üzrə tanınmış dilçi alim, universitetin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Bilal İsmayılovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr edilmiş yubiley mərasimi keçiriləcək.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə ADU-nun rektoru Səməd Seyidov giriş nitqi ilə çıxış edəcək.


Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının professoru Fəxrəddin Veysəlli isə çıxışında yubilyarın yaradıcılığından bəhs edəcək. Mərasimdə digər çıxış və təbriklər də səslənəcək. Tədbir bədii hissə ilə yekunlaşacaq.


Qeyd edək ki, Bilal İsmayılov orta məktəb üçün 9 adda dərsliyin, ali məktəb üçün 2 dərsliyin, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 2 lüğətin və 10 ali məktəb proqramının müəllifidir. Bununla yanaşı, Bilal İsmayılov 2000-ci ildən Avropa Şurasının “Canlı Dillər” proqramının Azərbaycanda təmsilçisidir və “Dil portfoliosu”nun hazırlanmasında fəal iştirak edir. Dilçi alim Azərbaycanda ilk dəfə olaraq romanistika üzrə doktorluq müdafiə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar