“Orqan transplantasiyası və beyin ölümü”
19 aprel 2011 19:00 (UTC +04:00)

“Orqan transplantasiyası və beyin ölümü”

0
Aprelin 20-21-də ARDNŞ-in təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş “Orqan transplantasiyası və beyin ölümü” Beynəlxalq Forumu keçiriləcək.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Forum iştirakçıları əvvəlcə Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Park Inn otelinin konfrans zalında keçiriləcək yubiley tədbirində Fəxrəddin Cavadovun həyat və fəaliyyətini əks etdirən foto-video materiallar nümayiş olunacaq, bir sıra görkəmli ictimai xadimlər mərhumla bağlı xatirələrini bölüşəcəklər. Daha sonra “Fəxrəddin Cavadov fenomeni” kitabının və “Azərbaycan Dünyası” jurnalının görkəmli səhiyyə təşkilatçısının xatirəsinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçiriləcək.


Anım tədbirindən sonra “Orqan transplantasiyası və beyin ölümü” Beynəlxalq Forumu işinə başlayacaq. Azərbaycanda ilk dəfə təşkil olunan bu Foruma millət vəkilləri, Səhiyyə Nazirliynin, digər dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Rusiya və digər xarici ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislər və tanınmış həkimlər qatılacaqlar. Forumda müzakirə olunacaq əsas mövzular arasında xarici ölkələrdə orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən baxış və İslam ölkələrində orqan bağışlanması məsələləri mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 961

Oxşar yazılar