Bu gündən Azərbaycanda ali məktəblərə ərizə qəbulu başlayır
0
0
Bu gündən Azərbaycanda ali məktəblərə ərizə qəbulu başlayır. Lent.az-ın məlumatına görə, abituriyentlər ali təhsil müəssisələrinə qəbul ərizələrini aprelin 20-dən mayın 31-dək elektron formada təqdim etməlidirlər. Həmin ərizələr isə aprelin 27-dən mayın 31-dək olan müddətdə müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlənməlidir. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, abituriyentlər komissiyanın saytına (tqdk.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Həmin elektron ərizə Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlənməlidir.
Qeyd edək ki, ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında nəşr olunub. Jurnalda, həmçinin müxtəlif səpkili materiallar da yerləşdirilib.
Nizam RZA