Sumqayıtda keyfiyyətsiz qənnadı məmulatları aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun pozuntuları ilə əlaqədar, müvafiq reseptura olmadan istehsal edilmiş 114 kq qənnadı məmulatlarının məhv edilməsi, eləcə də müəssisə tərəfindən 12 aprel 2011-ci il tarixinədək istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qənnadı məmulatlarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Tahir Əhmədova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18
Maqnit qasırğaları ilə bağlı həftənin PROQNOZU
12 may 2025 , 13:43
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
12 may 2025 , 13:15
Çox güclü leysan yağacaq - Sabahın HAVASI
12 may 2025 , 12:45
May ayının əsas qəhrəmanları: 4 BÜRCÜN "qara zolağı" nəhayət bitəcək
12 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 may 2025 , 08:38
"Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21