ADU-nun professoru təltif edilib
20 aprel 2011 17:20 (UTC +04:00)

ADU-nun professoru təltif edilib

Bu gün Azərbaycan Dillər Universitetində respublikada fransız dili üzrə tanınmış dilçi alim, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Bilal İsmayılovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib.


ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun rektoru Səməd Seyidov Azərbaycanda fransız dilinin öyrənilməsi və təbliğində Bilal İsmayılovun xüsusi xidmətlərinin olduğunu, Fransa universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında yubilyarın mühüm rol oynadığını söyləyib.


Səməd Seyidov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq romanistika üzrə doktorluq müdafiə edən dilçi alimə təhsil naziri Misir Mərdanov da təbrik məktubu ünvanlayıb. ADU-nun rektoru Bilal İsmayılovun “Qabaqcıl təhsil işçisi” diplomu və döş nişanı ilə də təltif edildiyini diqqətə çatdırıb və mükafatları ona təqdim edib.


Digər çıxışçılar da Bilal İsmayılovu təbrik ediblər. Yubiley mərasimi konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar