BDU İngiltərə universiteti ilə distant təhsil reallaşdırır - FOTO
20 aprel 2011 17:26 (UTC +04:00)

BDU İngiltərə universiteti ilə distant təhsil reallaşdırır - FOTO

Aprelin 20-də Bakı Dövlət Universitetində (BDU) ingiltərəli qonaqlarla görüş keçirilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Avropanın “TEMPUS” proqramı çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə Bakıya gəlmiş layihə təşkilatçılarını qəbul edib.

BDU-da 37 beynəlxalq qrant və proqramların həyata keçirildiyi deyən A.Məhərrəmov layihələrin əsasən, elmi innovasiyalar – nanotexnologiyalar və immunologiyalarla bağlı olduğunu bildirib. On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili universitetlə tanışlıqdan, biologiya fakültəsində layihənin tətbiqindən məmnunluğunu ifadə edib və əməkdaşlığın davamlı olacağına inamını bildirib.

İngiltərənin Westminster, Fransanın Breatgne Occidentale, İtaliyanın L’Aqulia, Gürcüstanın Tiflis Dövlət Universitetlərindən olan layihə üzvləri səfər çərçivəsində fakültənin həyatı, müasir standartlara cavab verən laboratoriyaları, tədris prosesi ilə tanış olub, mühazirələr oxuyublar.
Qeyd edək ki, Avropanın “TEMPUS” proqramının Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın yaradılması olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar