Nazirlər Kabinetinin gömrükçüləri sevindirəcək qərarı
20 aprel 2011 17:55 (UTC +04:00)

Nazirlər Kabinetinin gömrükçüləri sevindirəcək qərarı

Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar İnkişaf Fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edilib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar