
ABŞ-dan Azərbaycana dəyərli hədiyyə
ABŞ alimləri ilə birgə elmi əməkdaşlıq çərçivəsində Kolorado Universitetinin Təbiət Tarixi Muzeyi Herbarium COLO (ABŞ) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutuna “Flora SSSR” nəşrinin 30 cildliyi dəyərli hədiyyə olaraq göndərilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Botanika İnstitutunun direktoru Validə Əlizadə rəhbərlik etdiyi kollektiv adından kolleksiyanın baş meneceri Tim Hoqana institutun kitabxana fonduna edilmiş qiymətli töhfəyə görə minnətdarlığını bildirib. Tim Hoqan isə Azərbaycanın maraqlı bitki nümunələri ilə zəngin olan bir sıra yüksək dağlıq ərazilərinə səfər etmək arzusunda olduğunu nəzərə çatdırıb.
Qeyd edək ki, Botanika İnstitutunda olan bu unikal nəşr uzun illər istifadə nəticəsində köhnəlib və yararsız hala düşüb. Yeni nəşr institut alimləri üçün gərəkli və zamanında edilmiş töhfədir.
Qeyd edək ki, Botanika İnstitutunda olan bu unikal nəşr uzun illər istifadə nəticəsində köhnəlib və yararsız hala düşüb. Yeni nəşr institut alimləri üçün gərəkli və zamanında edilmiş töhfədir.
Oxşar yazılar

"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18
Maqnit qasırğaları ilə bağlı həftənin PROQNOZU
12 may 2025 , 13:43
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
12 may 2025 , 13:15
Çox güclü leysan yağacaq - Sabahın HAVASI
12 may 2025 , 12:45
May ayının əsas qəhrəmanları: 4 BÜRCÜN "qara zolağı" nəhayət bitəcək
12 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 may 2025 , 08:38
"Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21