“Servelat” kolbasalarının istehsalçısı cərimələndi
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş “Servelat” kolbasalarının üzərində saxlama müddətinin göstərilməməsi, habelə bu kolbasaların gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilməsi səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanununun tələblərini pozduğuna görə Ruslan Şərifova 717 manat maliyyə sanksiyası tətbiq edilib.

Oxşar yazılar

"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18
Maqnit qasırğaları ilə bağlı həftənin PROQNOZU
12 may 2025 , 13:43
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
12 may 2025 , 13:15
Çox güclü leysan yağacaq - Sabahın HAVASI
12 may 2025 , 12:45
May ayının əsas qəhrəmanları: 4 BÜRCÜN "qara zolağı" nəhayət bitəcək
12 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 may 2025 , 08:38
"Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21