Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
22 aprel 2011 19:52 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı icmanı xristianların müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib: “Hörmətli həmvətənlər!
Sizi, hər birinizə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olması, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün ölkəmizi dünyada nümunəvi tolerantlıq məkanı kimi tanıdıb. Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması dövlət siyasətimizin prioritet istiqamətlərindəndir və bu sahədəki səylərimizi gələcəkdə də davam etdirəcəyik.

Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamızın xristian icması, o cümlədən pravoslav vətəndaşlarımız ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Əziz dostlar!
Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar