Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yer Günü hesabatı
23 aprel 2011 11:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yer Günü hesabatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 22 aprel Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında geniş təbliğat işləri aparır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci ildə də “Yer günü”nün yüksək səviyyədə qeyd olunması ilə bağlı Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına əsasən Respublikanın bütün yerli meşə təsərrüfatlarında, həmçinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında iməciliklər təşkil edilib.

Yer Günü ərəfəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin 20-dən artıq üzvü Şirvan Milli Parkında olub və oranın biomüxtəlifliyi ilə yaxından tanış olublar. Bakı şəhəri 225 saylı və Sumqayıt şəhər 11 saylı orta məktəblərdə, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli məktəbdə, Qazax rayonu Aşağı Salahlı kəndi, Tovuz şəhəri 2 nömrəli, Xaçmaz şəhər 9 saylı, Qəbələ rayonu 4 saylı, İsmayıllı rayonu 1 saylı, Qax rayonu Qaxbaş kənd 2 nömrəli, Şəki rayonu Baltalı kənd və bir sıra digər orta məktəblərdə Nazirliyin mütəxəssisləri məktəblilərlə görüşlər keçirib, foto müsabiqələr təşkil olunub, ərazilərdə yeni yaşıllıqlar salınıb, onlara qulluq edilib, təmizlik və abadlıq işləri həyata keçirilib.

Eyni zamanda Mingəçevir Politexnik İnstitutunda, Qazax Dövlət İqtisad Kollecində, Lənkəran Pedaqoji Liseyində, Şəmkir rayonu Zəyəm kənd Bələdiyyəsində, Gəncə şəhər “Xəzər Laqa” müəssisəsində, Qazax Gənclər və İdman İdarəsinin və Ağsu Suvarma Sistemləri İdarəsinin ərazilərində də analoji tədbirlər təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar