Torpaqlar dövlət ehtiyacı üçün necə alınacaq?
Nazirlər Kabineti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə ‘Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası”nı təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, köçürülmə planı və ya köçürülmə təlimatının hazırlanması üçün müvafiq sosial və texniki bilik və bacarıqlara malik olan şəxs və ya təşkilatın (bundan sonra - şəxs) dövlət və ya özəl qurumlardan, o cümlədən qeyri-hökumət təşkilatlarından seçilməsi üzrə torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) tərəfindən müsabiqənin keçirilməsi qaydasını müəyyən edir.
Müsabiqənin keçirilməsi üçün alan orqan müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradır. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılır və alan orqanla müsabiqənin qalibi arasında müqavilə bağlananadək fəaliyyət göstərir. Komissiyanın tərkibi Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının (orqanlarının) və alan orqanın aidiyyəti işçilərindən ibarət olmaqla təşkil olunur. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli olmaq şərti ilə 5 nəfərdən az olmamalıdır. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın sədri və katibi onun üzvləri sırasından özləri tərəfindən seçilir. Komissiyanın katibi komissiyanın iclasları barədə komissiyanın üzvlərini məlumatlandırır.
Müsabiqənin keçirilməsi ilə bağlı xərclər, o cümlədən müsabiqənin qalibi ilə bağlanılacaq müqaviləyə əsasən planlaşdırıcıya ödənilməli olan xidmət haqqı alan orqan tərəfindən torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müsabiqənin elan edilməsi ilə başlayan və qaliblə alan orqan arasında müqavilənin bağlanması ilə başa çatan müsabiqə prosesi 50 gündən artıq davam etməməlidir.
Müsabiqənin keçirilməsinə ən azı 30 gün qalmış alan orqan öz rəsmi internet saytında və kütləvi informasiya vasitələrində müsabiqə təkliflərinin və şəxs haqqında məlumatın təqdim edilməsi üçün müəyyən olunmuş müddəti (20 gündən az olmayaraq), müsabiqənin keçirilməsi vaxtını və yerini, müsabiqədə iştirak etmək istəyənlər tərəfindən müsabiqə sənədləri toplusunun alınması qaydasını, vaxtını və yerini, təkliflərin qiymətləndirilmə meyarlarını, habelə müsabiqənin əsas şərtlərini, o cümlədən müsabiqənin qalibi ilə bağlanılacaq müqavilənin şərtlərini (xidmət haqqı göstərilməklə) elan edir. Müsabiqənin şərtləri komissiya tərəfindən hazırlanır və elan olunduqdan sonra həmin şərtlərdə dəyişiklik edilə bilməz.
Müsabiqədə iştirak etmək istəyən şəxs müvafiq sosial və texniki bilik və bacarıqlara və bu sahədə ən azı beş il təcrübəyə malik olmalıdır. Müsabiqədə iştirak etmək istəyən şəxs komissiya tərəfindən təsdiq edilən müsabiqə sənədləri toplusunun əldə edilməsi üçün alan orqana ərizə ilə müraciət edir.
Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:
- alınan torpaq sahəsi, alınmanın təsirinə məruz qalan şəxslərin sayı və köçürülmə məqsədləri üçün istifadə edilə biləcək ərazi haqqında məlumat;
- köçürülmə planı və ya köçürülmə təlimatına dair tələblər;
- müsabiqə təklifi formasının nümunəsi;
- müsabiqədə iştirak edən şəxs haqqında məlumat formasının nümunəsi;
- müsabiqə təkliflərinin qiymətləndirilmə formasının nümunəsi;
- müsabiqənin qalibi ilə bağlanılan müqavilənin nümunəsi;
- alan orqana təqdim edilməsi üçün eyni forma və ölçüdə olan bir böyük və iki kiçik zərf.
- Müsabiqədə iştirak etmək niyyətində olan şəxs müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda və ya müsabiqənin şərtlərində nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 gün qalmış alan orqana müraciət edə bilər. Alan orqan həmin müraciətləri 7 gün ərzində cavablandırmalıdır.
- Müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə təklifi və özü haqqında məlumat formalarını komissiya üzvlərinin sayına uyğun nüsxələrdə dolduraraq müvafiq qaydada təsdiq edir. Müsabiqə təklifinin formaları üzərində "Təklif" sözü qeyd olunmuş kiçik zərfə, müsabiqədə iştirak edən şəxs haqqında məlumat formaları isə üzərində "Məlumat" sözü qeyd olunmuş digər kiçik zərfə qoyularaq möhürlənir. Möhürlənmiş hər iki kiçik zərf böyük zərfə yerləşdirilərək möhürlənir və şəxsin (hüquqi şəxsin rəhbərinin) məhkumluğunun olub-olmaması haqqında müvafiq məlumatla birlikdə alan orqana təqdim edilir.
- Müsabiqədə iştirak edən şəxs haqqında məlumat müsabiqə təklifinə daxil edilə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxs tərəfindən alan orqana təqdim edilmiş zərflərdə nəzərdə tutulmuş qeydlərdən əlavə fərqləndirici qeydlər, nişanlar və müsabiqədə iştirak edən şəxs haqqında məlumat olmamalıdır.
- Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iddiaçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müəyyən edilmiş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş təkliflər alan orqan tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir.
- Müsabiqədə iştirak edən şəxsin müsabiqə təklifi alan orqan tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı bir dəyişiklik edilə bilməz.
- Müsabiqədə iştirak edən şəxslər tərəfindən təqdim edilən müsabiqəyə aid məlumatlar alan orqan və komissiya tərəfindən konfidensial saxlanılmalıdır.
Zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi komissiya tərəfindən müsabiqədə iştirak edən şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilir. Müsabiqə təkliflərinin və müsabiqədə iştirak edən şəxs haqqında məlumatın olduğu zərflərin yerləşdirilərək möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır. Komissiyanın sədri qutuda olan böyük zərflərdən birini çıxararaq, onun yuxarı sağ küncündə iri hərflərlə sıra nömrəsini qoyur. Bundan sonra sədr böyük zərfi açaraq, hər iki kiçik zərfə həmin sıra nömrəsini qoyur. Sonra sədr müsabiqə təkliflərinin olduğu zərfi açaraq, təkliflərin hər bir nüsxəsində həmin sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. Müsabiqədə iştirak edən şəxs haqqında məlumatın olduğu zərf böyük zərfdə açılmamış saxlanılır.
Komissiyanın üzvləri tərəfindən müsabiqə təkliflərinə baxılır. Onlar müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən, müəyyən edilmiş meyarları rəhbər tuturlar. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra böyük zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən bütün şəxslərə dair qiymətləndirmə nəticələrini özündə əks etdirən müvafiq forma imzalanmaqla təsdiqlənir və katibə təqdim edilir. Komissiyanın üzvləri tərəfindən təsdiqlənmiş formaya əsasən müsabiqədə iştirak edən şəxslərin yekun balları zərflərin sıra nömrələri üzrə hesablanır və müsabiqədə iştirak edən hər bir şəxsin yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır. Ümumi balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış şəxsin zərfinin sıra nömrəsini elan edir.
Komissiyanın sədri müsabiqə qalibinin elan edilmiş zərfinin nömrəsinə uyğun olan böyük zərfdən müsabiqədə iştirak edən şəxs haqqında məlumatın olduğu zərfi çıxararaq, içindəki məlumatın nüsxələrini tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır. Komissiya üzvləri müsabiqədə iştirak edən şəxs haqqında məlumatla tanış olduqdan sonra, müsabiqənin qalibi haqqında məlumat sədr tərəfindən elan edilir və protokollaşdırılır. İki və daha artıq şəxs eyni ən çox yekun bal topladıqda, müsabiqənin qalibi həmin şəxslər arasında püşkatma yolu ilə müəyyən edilir. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir. Komissiyanın protokolu əsasında alan orqan və müsabiqənin qalibi arasında protokolun təsdiq edildiyi gündən 5 iş günü müddətində müqavilə bağlanılır. Müqavilə bağlandıqdan sonra 5 gün müddətində alan orqan müsabiqənin nəticələrini öz rəsmi internet saytında və kütləvi informasiya vasitələrində elan edir. Müsabiqədə iştirak edən şəxsin təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18