Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir
25 aprel 2011 12:35 (UTC +04:00)

Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti bu gün Özbəkistana yollanır.
Bu səfər Özbəkistanın tanınmış “Kamolot” İctimai Şurasının dəvətinə əsasən gerçəkləşir.


Azərbaycan Gəncləri Günləri çərçivəsində bir sıra tədbirlərin, eləcə də yaradıcı gənclərin iştirakı ilə konsert proqramının, gənc rəssamların əsərlərindən ibarət sərgi və moda nümayişinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 21 nəfərlik nümayəndə heyəti iştirak edəcək.



Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar