Akademik Məhəmmədəmin Şahtaxtinski vəfat edib
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Məhəmmədəmin Şahtaxtinski 1932-ci il iyul ayının 10-da Bakı şəhərində anadan olub, Moskva Energetika İnstitutunda radiotexnika fakültəsində təhsil alıb və əmək fəaliyyətinə 1956-cı ildən etibarən AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda başlayıb.
O, 1968-ci ildən institutda laboratoriya müdiri, 1987-ci ildən şöbə müdiri vəzifələrində işləyib. Son illərdə isə Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun üzvi kimi də fəaliyyət göstərib.
Məhəmmədəmin Şahtaxtinski 1960-cı ildə namizədlik və 1970-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adını alıb. O, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Uzun illər ərzində bərk cisimlər fizikasına dair fundamental araşdırmaları ilə tanınan Məhəmmədəmin Şahtaxtinski bu sahədə yeni elmi istiqamətin əsasını qoymuşdur. Alimin tədqiqatları fizikanın yarımkeçiricilər və dielektriklər kimi mühüm bölmələrini əhatə edir. O, yarımkeçiricilərin termodinamikasının öyrənilməsi ilə yanaşı, bir sıra orijinal metodika və qurğuların yaradılması işində də yaxından iştirak edib.
Akademik Məhəmmədəmin Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adını alıb, müxtəlif orden və medallara layiq görülüb və müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18