Vərəmə və tütündən istifadəyə qarşı mübarizə kampaniyası başlayır
25 aprel 2011 16:39 (UTC +04:00)

Vərəmə və tütündən istifadəyə qarşı mübarizə kampaniyası başlayır

Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin artırılmasına məqsədi ilə Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) tərəfindən 3 növ kommunikasiya materialları (kitabarası nişan, liflet, poster) hazırlanacaq və yayılacaq.

ASKA-dan Lent.az-a verilən məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınin dəstəklədiyi “Vərəmin profilaktikası və tütündən istifadənin zərərləri ilə bağlı kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində həyata keçiriləcək.

Vərəmin profilaktikası ilə bağlı 5 min ədəd kitabarası nişan (orta məktəb şagirdləri üçün nəzərdə tutulub ), 2 min ədəd liflet, 1000 ədəd poster, tütündən istifadənin zərərləri ilə bağlı 5 min ədəd kitabarası nişan (orta məktəb şagirdləri üçün nəzərdə tutulub), 2 min ədəd liflet, 1000 ədəd poster hazırlanacaq. Ümumilikdə, layihə çərçivəsində 16 min ədəd kommunikasiya materialı Bakı şəhərində və regionlarda yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar