Avtobus sürücülərinə xəbərdarlıq
Son illərdə Bakıda marşrut xətlərinə xeyli sayda iritutumlu və rahat avtobuslar gətirilsə də bu sahədəki problemlər hələ də tam həllini tapmayıb. Lent.az-ın məlumatına görə, hazırkı problemlər əsasən sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlıdır. Bəzi sərnişinləri sürücünün siqaret çəkməsi, bəzilərini yüksək səslə oxudulan bayağı musiqilər, bir çoxlarını isə avtobusa həddindən çox sərnişin götürülməsi narahat edir.
Lakin bu problemlərin içində elə bir məsələ var ki, ona, ümumiyyətlə, göz yummaq olmaz. Bunlardan biri sürücünün sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsində saxlamasıdır. Xüsusi təhlükəli yer hesab olunan yanacaqdoldurma məntəqəsində hər hansı şəxsin səhlənkarlığı onlarla insanın həyatı bahasına başa gələ bilər. Həmçinin yanacaqdoldurma məntəqəsindəki spesifik qoxu bir çox insanların səhhətinə pis təsir edir.
Azərbaycanda sərnişin daşınan nəqliyyat vasitəsinin sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması qanunla qadağandır. Bu əməl ciddi xəta kimi qəbul olunur və yolverilməz sayılır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sərnişin dolu nəqliyyat vasitəsinin yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə müxtəlif cəzaların nəzərdə tutulduğunu bildirdi: “İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağan olunur. Bunu etmiş sürücü 20 manatdan 40 manatadək miqdarda cərimə edilir. Həmçinin həmin sürücünün sürücülük vəsiqəsinə 3 bal cərimə yazılır”.
Yol polisi bu kimi halların qarşısını almağa çalışsa da, bütün yanacaqdoldurma məntəqələrinin qarşısında nəzarət aparmaq mümkün deyil. Marşrut avtobuslarının sürücüləri iş bitdikdən sonra və ya səhər xəttə çıxmazdan əvvəl yanacaq ehtiyatlarını götürsələr, bu problem də yaranmaz.
Nizam RZA

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18