“Bakıdan regionlara fəal vətəndaşlıq”
26 aprel 2011 16:25 (UTC +04:00)

“Bakıdan regionlara fəal vətəndaşlıq”

0
Bu gün Gənclər üçün Təhsil Mərkəzi və “Uğurlu gələcək” İctimai Birliyi “British Council”un dəstəyi ilə “Bakıdan regionlara fəal vətəndaşlıq” layihəsinə start verib.

Gənclər üçün Təhsil Mərkəzindən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi region gənclərinin fəal vətəndaş kimi formalaşmasına, sosial təşəbbüslərə qoşulmalarına, məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə dəstək verməkdir.

Layihə Mingəçevir şəhəri və Füzuli rayonunda icra olunacaq. Layihə çərçivəsində gənclərlə yerli görüşlərin, təqdimat mərasimlərinin, təlim proqramının və “Açıq qapı” məsləhət saatlarının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda fəal vətəndaşlardan ibarət şəbəkə quruculuğu planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar