BDU-nun dosenti Sankt-Petrburq Universitetində olub
Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva 21-22 aprel tarixlərində Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika Fakültəsinin təşkil etdiyi “Müasir dövrdə kütləvi informasiya vasitələri” adlı 50-ci beynəlxalq konfransda iştirak edib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fakültənin dekanı, professor Anatoli Puyonun açılış etdiyi konfransın plenar iclasında Rusiya Jurnalistlər Birliyinin sədri V.Boqdanov, Dortmund (Almaniya) Texniki Universitetinin Jurnalistika İnstitutunun professoru X.Pettker, Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin professoru B.N.Lozovski və Sankt-Peterburq Dövlət Universitetinin professoru L.Qromova çıxış ediblər.
Daha sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib. Sankt-Peterburq Dövlət Universitetinin professoru Q.Melnik və Madrid Universitetinin əməkdar professoru L.Q.Kaydanın sədrlik etdikləri “Rusiyanın sosial-mədəni sahəsində media mətn” adlı bölmədə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Azərbaycan rusdilli mətbuatında Azərbaycan söz və ifadələrinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda BDU-nun jurnalistika fakültəsinin dosentləri Sabir Məmmədli və Lalə Hacıyevanın, doktorantlardan Arzu Əhmədova, Vəsilə Zeynalova və Ülvinə Fərzəliyevanın məqalələri müzakirə edilərək çapa məsləhət görülüb.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35