Sevil Məmmədlinin doktorluq dissertasiyası zəif sayılıb
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri bölməsi üzrə Problem Şurasının genetika və ekologiya seksiyalarının iclası keçirilib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Sevil Məmmədlinin 03.11.16 - Ekologiya və 03.00.15 - Genetika ixtisasları üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Qamma və UB faktorlarla induksiyalanmış genomun qeyri-stabilliyini aşağı salan radioprotektor təsirləri” mövzusunda doktorluq dissertasiyası müzakirə olunub.
Müzakirələr zamanı təqdim olunan dissertasiyada tədqiqat obyektinin azlığı və doktorluq dissertasiyasının müdafiəsi üçün yetərli olmadığı qeyd edilib. Tədqiqat obyektlərinin sayının artırılması, işə elmi məsləhətçi ilə birlikdə yenidən baxılması və adının redaktə olunması, ixtisas şifrinin mövzuya uyğun şəkildə seçilməsi, nəticələrin bir daha işlənilməsi zəruri hesab edilib, rəy və təkliflər bildirilib. Dissertasiya işinin bəzi düzəlişlər edilərək Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasına təqdim olunması məsləhət görülüb.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35