Bakıda dəmiryolçuların həmkarlar təşkilatlarının beynəlxalq toplantısı keçirilir
Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bir neçə dövlətdən yüksək səviyyəli qonaqların iştirakı ilə təşkil olunan iclası Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş Katibi Gennadi Kosolapov açıb. Daha sonra Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Qurban Nəzirov çıxış edib. O, Azərbaycanda bu istiqamətdə görülən işlər və qəbul olunmuş dövlət proqramı barədə geniş və ətraflı məlumat verib.
Q.Nəzirov dəmiryolçuların sosial şəraitinin yaxşılaşdırılması və digər istiqamətlərdə, həmçinin peşə təhlükəsizliyinin təminatında xeyli iş görüldüyünü bildirib.
Yığıncaqda, həmçinin Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov da iştirak edir.
Qeyd edək ki, iclas bir neçə gün davam edəcək. Qonaqlar Bakının tarixi memarlıq nümunələri ilə tanış olacaqlar və ölkənin şimal bölgəsinə səfər edəcəklər.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35