Təcrübə-Sınaq Mərkəzi işçi axtarır
0
0
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTesT) ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Len.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:
- Elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Fiziki-kimyəvi və defektoskopiya ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
- Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis.
Bu laboratoriyalar üzrə ixtisaslı şəxslərin sənədləri qəbul olunur. Müsahibədə iştirak etmək üçün sənədlər Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar, hüquq və ümumi şöbəsində qəbul olunur. Müsahibədə Azərbaycan Respublikasının vətəndaşları, ali təhsilli şəxslər iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Hərbi biletin surəti;
- Ali və sonrakı təhsil haqqında sənədin surəti;
- Əmək kitabçasının surəti;
- Sığorta kartının surəti;
- 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Sənədlər əsli ilə birlikdə təqdim olunmalıdır. Sənədlər mayın 1-dən 30-dək, saat 10:00-dan 17:00-dək ( I-V günlər ) Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124 ünvanında qəbul olunur.