Məktəblilər üçün media klubları formalaşdırılır - FOTO
Lent.az-ın məlumatına görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşməsini nəzərdə tutur.
Mərkəz layihəni pilot olaraq Füzuli rayonu Qayıdış qəsəbəsindən başlayıb. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Qayıdış qəsəbəsində uşaqlar tərəfindən idarə olunan media klublarının yaradılması işi həyata keçirilir. Bunun üçün artıq klubun yerləşdiyi məktəbin maddi texniki bazasını gücləndirmək məqsədilə oraya bir neçə kompüter avadanlığı verilmiş və internetə çıxış imkanı yaradılıb. Artıq şagirdlər internetə çıxış imkanından da yararlanırlar.
Bu media klublarının uşaqlar tərəfindən idarə olunması üçün mərkəzin bir qrup təlimçisi bu gün layihə ərazisinə ezam olunmuş, oradakı müəllim və şagirdlər üçün təlimlərə başlayıb. Təlimlərdə əsasən media klublarının idarə olunması, uşaqların buradakı rolu və vəzifələri, özünü ifadə bacarıqları və s. tədris olunacaq.
Layihənin rəhbəri Rasim Ağayevin verdiyi məlumata əsasən, bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə bir qrup aktiv şagirdin iyul ayında Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunacaq beynəlxalq yay düşərgəsinə aparılması və bununla da layihənin effektinin digər ölkələrə də nümayiş etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə iki il müddətinə davam edəcək.

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02