Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanası yaradılacaq
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Mərkəzi Asiya və MDB ölkələri üzrə bölməsinin rəhbəri Hi Suk Koh, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Yanq Vu Kim və patent sahəsi üzrə mütəxəssis Byunq Yap Li ilə Dövlət Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşün əsas müzakirə mövzusu Dövlət Komitəsi ilə KOİCA arasında imzalanması nəzərdə tutulan “Azərbaycanda əqli mülkiyyət idarəçiliyinin yaradılması” layihəsi olub. Layihə Azərbaycanda əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Cənubi Koreya Respublikasında uğurlu iqtisadi nəticələr vermiş “KİPOnet” sistemin Azərbaycanda tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi patent sisteminin modernləşdirilməsi məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nın iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Oxşar yazılar

Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39