Vergilər mövzusunda 5-ci olimpiada keçiriləcək
29 aprel 2011 11:14 (UTC +04:00)

Vergilər mövzusunda 5-ci olimpiada keçiriləcək

Vergilər Nazirliyi may ayının 6-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ali məktəb tələbələri və magistrantları arasında Vergilər mövzusunda 5-ci ümumrespublika olimpiadası keçirəcək.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsini yaşayan Azərbaycanda cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsi, vergilərlə bağlı biliklərin təbliği və vergi fənninin tədrisinin keyfiyyətinin artırılması məqsədilə keçirilən olimpiada həm də vergi xidməti üçün potensial kadrların hazırlanmasına xidmət edir.

Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunacaq olimpiadada 6 dövlət və 5 özəl olmaqla, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan ali məktəblərindən 250-dək tələbə və magistrant iştirak edəcək. Test üsulu ilə təşkil olunacaq olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları cavablandıracaqlar. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə xüsusi kompüter proqramları vasitəsilə qiymətləndiriləcək. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar