Epistolyar inşa müsabiqəsinin qalibləri müəyyən edilib
29 aprel 2011 16:22 (UTC +04:00)

Epistolyar inşa müsabiqəsinin qalibləri müəyyən edilib

Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi ilə ‘Azərpoçt” MMC və Təhsil Nazirliyi tərəfindən Azərbaycan məktəbliləri arasında keçirilən 40-cı beynəlxalq epistolyar inşa müsabiqəsi başa çatıb.


Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il müsabiqədə 37,5 mindən çox inşa yazısı iştirak edib və müsabiqəyə təqdim olunan mövzular üzrə qaliblər müəyyən edilib.

Xatırladaq ki, müsabiqəyə üç mövzu təklif edilib: “Özünüzü meşədə bitən ağac kimi təsəvvür edin. Kiməsə məktub yazın və izah edin ki, nəyə görə meşələri qorumaq belə vacibdir” (15 yaşa qədər olan məktəblilər) adlı mövzunu Ümumdünya Poçt İttifaqı təklif edib. “Biz qalib gələcəyik” və “Vətən MÜBARİZ əsgər çağırır” adlı ikinci və üçüncü mövzular isə Təhsil Nazirliyi və “Azərpoçt” MMC tərəfindən təklif olunub.

Aprelin 30-da “Azərpoçt MMC”-də keçirilən tədbirdə qaliblərin adları açıqlanacaq, onlara pul mükafatları və fəxri fərmanlar təqdim ediləcək. Müsabiqənin qalibləri üçün aşağıdakı məbləğdə pul mükafatları təyin olunub:

1-ci yer – 3 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 1 nəfər);

2-ci yer – 6 nəfər – hər biri 60 manat (hər bir mövzu üzrə 2 nəfər);

3-cü yer – 9 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 3 nəfər);

Həvəsləndirici - 12 nəfər – hər biri 30 manat (hər bir mövzu üzrə 4 nəfər).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar