Mayın 1-də növbəti sınaq imtahanı keçiriləcək
29 aprel 2011 16:55 (UTC +04:00)

Mayın 1-də növbəti sınaq imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılacaq.

İmtahanda iştirak etmək üçün 32045 nəfər qeydiyyatdan keçib. Sınaq imtahanı iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Mayın 15-də keçiriləcək sınaq imtahanlarına Bakı şəhərində keçiriləcək sınaq imtahanı istisna olmaqla, yazılış hazırda davam edir. Bakı şəhərində mayın 15-də keçiriləcək sınaq imtahanlarına abituriyentlər mayın 2-dən etibarən yazıla bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar