“Azərbaycan dəmiryolçusu” – 80
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı olan “Azərbaycan dəmiryolçusu” qəzetinin 80 yaşı tamam olub.
Lent.az-ın verdiyi məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyi və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Seymur Əhmədov Cəmiyyətinin rəhbərliyi adından qonaqları salamlayıb. “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Vasif Süleyman qəzetin fəaliyyəti ilə bağlı məlumat verib. O, bildirib ki, Azərbaycan dəmir yolunun mətbu orqanı "Azərbaycan dəmiryolçusu" qəzeti ölkənin ən qocaman mətbuat orqanlarından biridir. 2011-ci ilin mart ayında qəzetin fəaliyyətə başlamasının 80 ili tamam olur.
“Azərbaycan dəmiryolçusu” qəzeti 1931-ci ilin mart ayında “Zərbəçi” və “Udarnik” adları ilə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. 1937-ci ildə qəzetlərin adı müvafiq olaraq dəyişdirilib "Bolşevik yolu" (“Bolşevitskiy put”) olub. Həmin vaxt qəzet Zaqafqaziya Dəmir Yolunun Bakı və Gəncə siyasi şöbələrnin orqanı olub. 1945-ci ildə rus dilində çıxan qəzetin adı dəyişdirilərək “Jeleznodorojnik Azerbaydjana” qoyulub. 1949-cu ildə isə “Bolşevik yolu”, “Azərbaycan dəmiryolçusu” adlanıb və Azərbaycan dəmir yolunun tarixi salnaməsini yazır.
Vasif Süleymanın sözlərinə görə, “Azərbaycan dəmiryolçusu” qəzeti 80 illik fəaliyyəti dövründə respublika polad magistralının aynası rolunu oynayıb. Redaksiya əmədaşları “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən iqtisadi islahatlar, dəmiryolçuların istehsalat nailiyyətləri, bu və ya digər sahədə mövcud olan qayğılar barədə həm “Azərbaycan dəmiryolçusu” qəzetində, həm də ölkənin digər mətbuat orqanlarında oxuculara müfəssəl məlumat verirlər. “Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşlarından 1 nəfər “Ustad” Ali Jurnalistika mükafatı, 2 nəfər “Qızıl qələm” mükafatı laureatıdır. 2 nəfər “Nailiyyət” diplomu ilə təltif olunub, 3 nəfər “Fəxri dəmiryolçu”, 1 nəfər Prezident təqaüdçüsüdür.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respubulika Komitəsinin sədr müavini Loğman Rəhimov MHİRK-nin təbriklərini çatdırıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun redaksiya kollektivinə təbrikini Hüseyn Quliyev oxuyub.
Mətbuat Şurasının icraçı direktoru, əməkdar jurnalist Rəhim Hüseynzadə də yaradıcı kollektivi təbrik edib və Mətbuat Şurasının diplomunu qəzetin redaktoruna təqdim edib.
Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Akademiyasının rektoru Nikolay Dankonun “Azərbaycan dəmiryolçusu” qəzetinin 80 illik yubileyi münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərova ünvanladığı təbrik məktubunu qəzetin əməkdaşı Ziya Zakiroğlu oxuyub.
Yubiley tədbiri çay süfrəsi arxasında davam etdirilib.

Oxşar yazılar

DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39