AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi barədə sərəncam verilib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etməklə bağlı sərəncam verib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, AMEA-nın Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə “Akademiya şəhərciyi” ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunsun.
Sərəncamda AMEA-nın Rəyasət Heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməsi tapşırılır. Eyni zamanda AMEA Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir. Sərəncamda qeyd olunur ki, AMEA-nın “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri 2011-2012-ci illərdə həyata keçirilsin.
Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi” ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etməlidirlər. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02