Gəncədə bina 1601 manata hərraca çıxarılacaq
30 aprel 2011 18:44 (UTC +04:00)

Gəncədə bina 1601 manata hərraca çıxarılacaq

0
Mayın 31-də Gəncə şəhərində tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş 20 mənzilli yaşayış binasının yarımçıq tikilisi hərraca çıxarılacaq. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sifarişçi təşkilat Gəncə Xalça Kombinatı Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Gəncə şəhəri M.Hacıyev küçəsində, 11 saylı binanın yanında yerləşən yarımçıq tikilinin start satış qiyməti 1601 manatdır. Hərrac Gəncə şəhərində yerli hərrac komissiyası tərəfindən keçiriləcək. Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.

- Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

- Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin 0132010004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar