Azərbaycanda yeni reyestr fəaliyyətə başlayıb
02 may 2011 09:29 (UTC +04:00)

Azərbaycanda yeni reyestr fəaliyyətə başlayıb

Lent.az-ın məlumatına görə, ölkə prezidentinin 2011-ci il 15 fevral tarixli sərəncamı ilə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə (Reyestr) dair Əsasnamə təsdiq olunub və onun aparılması Ədliyyə Nazirliyinə həvalə edilib. Bundan sonra sahibkarlıq subyektlərinə birbaşa yoxlama aparmaq mümkün olmayacaq.

Artıq Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılıb və istifadəçilər üçün www.yoxlama.gov.az internet ünvanında vahid portal yerləşdirilib. Həmçinin Reyestrin məlumat bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq informasiya sistemi ilə qarşılıqlı inteqrasiya əsasında sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatların əldə edilməsi və daim təzələnməsi təşkil edilib.

Yeni yaradılmış Reyestr sahibkarlıq subyektlərində yoxlamaların (müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların) nizamlı şəkildə həyata keçirilməsinə xidmət edəcək. Burada qurumdan qeydiyyatdan keçmədən və çıxarış olmadan hər hansı hüquqi və fiziki şəxsdə yoxlama aparmaq mümkün olmayacaq. Belə ki, hər hansı qurum sahibkarlıq subyektində yoxlama aparacaqsa, həmin sahibkar Reyestrdən çıxarışı tələb edə biləcək. Həmçinin yeni yaradılacaq qurumda yoxlamalar zamanı atılmış birinci addımdan sonuncu addımadək qeydiyyata alınacaq və bütün məlumatlar internetdə yerləşdiriləcək. Bu isə istənilən vaxt yoxlamanın vəziyyəti ilə bağlı ətraflı məlumat almağa imkan yaradacaq.

Qeyd edək ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri korrupsiyaya qarşı mübarizə işində effektli vasitə hesab olunur. Ədliyyə Nazirliyinin tərkibində formalaşdırılmış yeni qurum sahibkarlıq subyektlərinin işinə maneə olan səbəblərin aradan qaldırılmasına xidmət edəcək. Həmçinin hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə illik yoxlama planı yoxlayıcı orqanın (hər hansı yoxlayıcı təşkilat) rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış məktubla hər ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim ediləcək. Öz növbəsində isə Reyestr hər 3 ayda bir dəfə görülən işlər barəsində ölkə başçısına və Nazirlər Kabinetinə hesabat verməlidir.

Yeni yaradılmış Reyestrdə sərhəd buraxılış məntəqələri, dəniz limanları, hava limanları və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar qeydiyyata alınmayacaq.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08