“Azərikimya” meşə-park salır - FOTO
Son bir ildə ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrin yerləşdiyi ərazilərdə yeni yaşıllıq zolaqlarının salınması və Sumqayıtın sənaye zonasında ekoloji durumun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq Bakı-Quba magistral yolu üzərində yerləşən kimya müəssisələri boyunca uzanan və 35 hektar sahəni əhatə edən ərazinin 30 hektara yaxın hissəsinin yaşıllaşdırılması işləri başa çatdırılıb.
Kimyaçılar ötən bir il ərzində 60 mindən artıq ağac əkiblər. Bu aksiya Sumqayıt şəhərində ekoloji tarazlığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Görülmüş işlərin davamı olaraq, “Azərikimya”-nın Etilen-Polietilen Zavodu ərazisində geniş bir sahədə tinglik yaradılıb. Burada 20 minə yaxın müxtəlif növ ting əkilmiş, müxtəlif ağacların toxumu səpilib. Hazırda ərazidə işlər davam etdirilir və yaxın bir ayda tinglərin sayının 40 minə çatdırılması nəzərdə tutulub. Birliyin daxili imkanları hesabına yetişdirilən tinglər Bakı-Quba magistral yolu boyunca uzanan və meşə-parka çevriləcək yaşıllıq sahələrinin genişləndirilməsi üçün istifadə olunacaq.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53