Məleykə Abbaszadə: “İki məqsədli imtahan ola bilməz”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Məleykə Abbaszadə hesab edir ki, imtahanların modelini dəyişmək, yaxud bu istiqamətdə hansısa dəyişikliklər populist formada yox, elmi əsaslarla aparıla bilər.
TQDK sədri qeyd edib ki, orta məktəblərdə attestat imtahanları şagirdlərin orta səviyyəsini müəyyən edir: “Ali məktəblərə qəbul və orta məktəblərdə attestat imtahanlarının məqsədləri müxtəlifdir. İki məqsədli imtahan ola bilməz. Amma təhsil qanununa əsasən, birinci mərhələdə olan attestat imtahanın nəticələrini yeni qəbul qaydalarında nəzərə alıb, attestat qiymətlərinə əsasən abituriyentlərə müəyyən bal vermək istərdik. Amma bu üçün attestat qiymətləri və uşaqların imtahanda göstərdikləri nəticə heç olmasa imtahan verdiyi fənlər üzrə üst-üstə düşməlidir. Bunu izləyirik. Lakin hələ demək olmaz ki, müsbət nəticə var”.
Məleykə Abbasova bildirib ki, bu il birinci dəfə orta məktəbi bitirərək medal alan şagirdlər ali məktəblərə qəbul imtahanları verəcəklər: “Biz imtahandan sonra əlaçı uşaqların, orta məktəbi medalla bitirənlərin qəbul imtahanında göstərdiyi nəticələri araşdıracağıq. Biz görsək ki, heç olmasa ölkə üzrə 70 faiz məktəbdə aparılan qiymətləndirmə ali məktəbə qəbul imtahanı zamanı aparılan qiymətləndirmə ilə üst-üstə düşür, o halda biz ali məktəblərə qəbul zamanı orta məktəb qiymətlərini nəzərə ala bilərik”.
Ramiz

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53