Ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtı DƏYİŞDİRİLDİ
16 mart 2020 12:59 (UTC +04:00)

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtı DƏYİŞDİRİLDİ

0

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, sənəd qəbulunun martın 16-dan – aprelin 14-dək aparılması nəzərdə tutulurdu.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1031

Oxşar yazılar