Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR
11 iyun 2024 14:10 (UTC +04:00)

Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

Lent.az-ın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13253

Oxşar yazılar

Dolu düşüb, yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Dolu düşüb, yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

29 may 2025 , 10:35
Abituriyentlər üçün YENİ QƏRAR

Abituriyentlər üçün YENİ QƏRAR

29 may 2025 , 10:14
Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

29 may 2025 , 09:37
Liseyə hazırlaşan şagirdlərə ŞAD XƏBƏR

Liseyə hazırlaşan şagirdlərə ŞAD XƏBƏR

29 may 2025 , 09:25
Hər şeyi dəyişdirmək üçün son şans əldə edəcək  BÜRCLƏR

Hər şeyi dəyişdirmək üçün son şans əldə edəcək BÜRCLƏR

29 may 2025 , 09:09
APA TV-nin 12 yaşı tamam olur

APA TV-nin 12 yaşı tamam olur

29 may 2025 , 08:50
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

29 may 2025 , 08:26
Yazın sonuna qədər 3 BÜRC qara siyahıya  salındı

Yazın sonuna qədər 3 BÜRC qara siyahıya salındı

29 may 2025 , 00:02