Bakı-Ələt-Qazax yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ
30 iyul 2025 16:21 (UTC +04:00)

Bakı-Ələt-Qazax yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq:

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edir.

Qaydalara əməl edin ki, yolunuz açıq və təhlükəsiz olsun!"

Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar