Bu gün Torpaq çərşənbəsidir
14 mart 2023 00:04 (UTC +04:00)

Bu gün Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.

Lent.az xəbər verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. Bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.

İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəsinin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində Yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2249

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49