Bu marşrut xəttinə yeni avtobuslar  verildi
19 iyul 2025 18:06 (UTC +04:00)

Bu marşrut xəttinə yeni avtobuslar verildi

Paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun  Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Lent.az xəbər verir ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək. 

Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək. 

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar