Ceff  Bezos  otel işçilərinə   52 min dollar “çayavoy”  verdi
20 iyul 2025 16:38 (UTC +04:00)

Ceff  Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi

Ceff Bezosun Venesiyada milyonlarla dollara başa gələn dəbdəbəli toyundan sonra hamını heyrətləndirəcək yeni  xəbər var.
 
Lent.az bildirir ki, İtaliyanın “Il Messaggero” qəzetinin yazdığına görə, “Amazon”un qurucusu və dünyanın ən zəngin adamlarından biri – onun sərvəti təxminən 235 milyard dollardır – mərasimin keçirildiyi beşulduzlu “Aman Venice” otelinin əməkdaşlarına 52 min dollar (təxminən 45 min avro) “çayavoy” (çaypulu - müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır – red.) qoyub.

Şəhərin milyarderin şənliyi üçün şəxsi “məkan”a çevrilməsindən narazı olan bəzi venesiyalıların tənqidlərinə baxmayaraq, otelin işçiləri onu həqiqətən xoş sözlərlə xatırlayacaqlar.

Lakin səxavət jesti bununla bitməyib: digər məlumata görə, Bezos həmçinin laqun və ətraf mühitin qorunması ilə məşğul olan Venesiya qeyri-kommersiya təşkilatlarına dəstək üçün 3 milyon dollar ianə edəcəyini vəd edib.

Milyarderin səxavəti barədə şayiələr tez bir zamanda Venesiyanın küçə və meydanlarında yayılıb, baxmayaraq ki, Aman Venice otelinin nümayəndələri bu məlumatı rəsmi şəkildə şərh etməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar