Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA
24 iyun 2025 10:08 (UTC +04:00)

Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

İyunun 24-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 38, Zaqatalada 31, Sarıbaşda (Qax) 15, Daşkəsəndə 5, Şəki, Göygöl və Gədəbəydə 3, Naxçıvan, Ordubad, Gəncə, Naftalan, Şəmkir, Oğuz, Şahdağ, Tərtər, Yevlax, Sabirabad, Ağstafa, İsmayıllı, Lənkəran, Mingəçevir, Astara, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1 mm-dir.

"Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Naftalanda 22, Mingəçevirdə 20, Tərtərdə 16, Bərdə, Culfa, Şəkidə 15 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır",-məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar