Hava sərinləyəcək:   Çimərliklərə hazırlaşanlara XƏBƏRDARLIQ
07 avqust 2025 16:05 (UTC +04:00)

Hava sərinləyəcək: Çimərliklərə hazırlaşanlara XƏBƏRDARLIQ

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29 ° isti olacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar