Havanın temperaturu bir neçə dərəcə aşağı endi - FAKTİKİ HAVA
17 avqust 2023 10:39 (UTC +04:00)

Havanın temperaturu bir neçə dərəcə aşağı endi - FAKTİKİ HAVA

Bu günə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, avqustun 17-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Şahdağ və Xaltanda 2.0 mm-dək olub.

Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321

Oxşar yazılar