"Kitayski” Nostradamus"dan 2025-ci il üçün PROQNOZ:  dəqiqliyi HEYRƏTAMİZDİR 
29 iyun 2025 19:46 (UTC +04:00)

"Kitayski” Nostradamus"dan 2025-ci il üçün PROQNOZ: dəqiqliyi HEYRƏTAMİZDİR 

Pekinli tarixçi Tsyan Syuetsinya mühazirəsi bu yaxınlarda onun geosiyasi proqnozları özünü doğrultmağa başlayandan sonra internetdə populyarlıq qazanıb və ona “Çinin Nostradamusu” ləqəbi verilib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, onun bir il əvvəl “YouTube”da “Proqnozlaşdırma tarixi” kursunun bir hissəsi kimi qeydə alınan çıxışı ABŞ və İran arasında gərginliyin artması fonunda viral olub – Donald Trampın ikinci müddətində proqnozlaşdırdığı kimi.

“Çinli Nostradamus - Tsyan Syuetsin

2024-cü ilin mayında Pekində yaşayan tarixçi Tsyan Syuetsin gələcəkdə ABŞ-ın İranla mümkün müharibəsi barədə xəbərdarlıq edib. O zaman Co Bayden hələ də prezident idi və Donald Tramp iki sui-qəsd cəhdindən sağ çıxmışdı.

Əvvəlcə mühazirə və tarixçinin “YouTube” kanalı demək olar ki, diqqətdən kənarda qalıb, cəmi bir neçə baxış olub. Amma indi reallıq proqnozu tutduğundan, video viral olub. Üç gün ərzində onun kanalı 100.000-dən çox abunəçi toplayıb.

Tsyan ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İngiltərə və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müttəfiqlərinin birgə işğalı olan "İran üçün Azadlığı əməliyyatı" adlandırdığı ssenarini açıqlayıb. Onun sözlərinə görə, Tramp müharibəni İranın nüvə proqramı təhlükəsi, proksi qrupların hücumları, müttəfiqlər üçün təhlükə və “demokratiyanın yayılması” ilə bağlı ritorika ilə əsaslandıracaq.

Son çıxışlarında və nəşrlərində Tramp həqiqətən də terrorizm, nüvə təhlükəsi və mümkün hərbi əməliyyatlara bəraət qazandıran İsrailin dəstəyinə diqqət yetirib.

"İsrail Yaxın Şərqin alfa dövlətinə çevriləcək. Əgər İran və ABŞ zəifləsələr, heç bir əks çəki olmayacaq", - Tsyan deyib.

O əlavə edib ki, ABŞ-ın da oxşar məğlubiyyətə düçar olacağı ehtimalı var: “Müharibədə qalib gəlmək üçün mühasirəyə düşməkdən qaçmaq, qüvvələrinizi cəmləşdirmək və etibarlı təchizat xətlərini təmin etmək lazımdır. İranın coğrafiyası və əhalisinin birliyi bunu mümkünsüz edir".

“Çinli Nostradamus” həmçinin ABŞ-ın İrana 100 minə qədər əsgər göndərə biləcəyini ehtimal edib, lakin qeyd edib ki, müttəfiqlərinin dəstəyi olmadan bu, kifayət etməyəcək. Və bu cür dəstəyi şübhə altına alıb.

"İran kimi bir ölkəyə həqiqətən nəzarət etmək və işğal etmək üçün minimum 3 milyon əsgər lazım olacaq", -  deyən Tsyan belə bir ssenarini "hərbi və siyasi baxımdan qeyri-real" adlandırıb.

Tsyan ABŞ-ın İrana qurudan müdaxiləsinə qarşı xəbərdarlıq edərək, İranın dağlarında və qayalıq ərazilərindəki Amerika qoşunlarının “əsgərdən çox girov” olacağını deyib. O, qüvvələri cəmləşdirə bilməməyin, təchizatda çətinliklərin və çətin geri çəkilmənin strateji çətinliklərini vurğulayıb.

Onun təxminlərinə görə, İranın tam miqyaslı fəthi üçün 3-4 milyon əsgər tələb olunur ki, bu, artıq kadr çatışmazlığı olan və xarici silah istehsalından asılı olan hazırkı Amerika ordusunun imkanlarından çox-çox yüksəkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar